blinking Deputat Fuad Muradov istilik problemindən danışıb. “Qafqazinfo” xəbər verir ki, o çıxışında qeyd edib ki, bu gün təmsil etdiyi Xətai rayonunda olan zavodların yataqxanalarında istilik problemi var. Həmişə bildirilir ki, “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” a borcu var. Bu iki qurum arasında problem var. Əgər bu “Azəristilik” dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilmirsə, yaxş olardı ki özəlləşdirilsin. Bu strateji məsələ deyil ki özəlləşdirilməsi mümkün olmasın”. Günel Türksoy
ƏTRAFLIFuad Muradov gəncləri Milli Məclisə TOPLADI
estudo sobre namoro para jovens cristãos Noyabrın 2-də “Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə ADA Universitetində “Mənim Parlamentim – My Parliament” layihəsinin icrasına başlanılıb. Modern.az-ın xəbərinə görə, “Mənim Parlamentim” layihəsinin məqsədi gəncləri Azərbaycan Milli Məclisinin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək, onların maarifləndirilməsinə töhfə verməkdir. Daimi xarakter daşıyan bu layihə çərçivəsində gənclərin Milli Məclisin üzvləri və komitə sədrləri ilə görüşləri də nəzərdə tutulub. Layihənin ikinci qonağı Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri və eyni zamanda Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin…
ƏTRAFLIFuad Muradov: “Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”
Rio Branco Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələr həm inkişaf etməyə başladı, həm də uzunmüddətli perspektiv açıldı. Xüsusilə gənclər hər zaman ulu öndərimizin diqqət mərkəzində olub. Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. F.Muradov bildirib ki, ulu öndərin elə ilk fərmanlarından birinin Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı olması, ardınca Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi buna bariz nümunədir: “Ulu öndər özü həmin forumda iştirak…
ƏTRAFLIFuad Muradov: “Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın uğurudur”
“Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsinə seçilməsi Azərbaycanın uğurudur. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın uğurudur. Bu həmçinin Azərbaycan gəncliyinin və idmanının nailiyyəti olmaqla yanaşı, ölkəmizin inkişafının göstəricisi, respublikamızda uğurlu idman siyasətinə verilən qiymətdir”. “Report” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun UEG-in prezidenti seçilməsinə münasibət bildirərkən…
ƏTRAFLIFuad Muradov: “Bu, ölkəmizin idman siyasətinə verilən qiymətdir”
“Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurudur. Bu, Azərbaycan gəncinin və Azərbaycan idmanının uğurudur. Bu, Azərbaycanın inkişafının göstəricisidir. Bu, Azərbaycanın idmana olan yüksək münasibətidir və ölkəmizin idman siyasətinə verilən qiymətdir”. Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti…
ƏTRAFLIFuad Muradov Çində səfərdədir
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov 4-cü Dünya İnternet Konfransında iştirak edir. Lent.az xəbər verir ki, konfrans Çin Xalq Respublikasının Vuzhen şəhərində keçirilir. Fuad Muradov “Açıqlıq və ümumi fayda naminə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi” sahəsi üzrə “Azərbaycanda İnformasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda əsas məruzəçilərdəndir. Ümumilikdə tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, kiberməkanda birgə gələcək cəmiyyətinin qurulması, yetkinlik yaşına çatmayan internet istifadəçilərinin hüquqlarının qorunması, elektron xidmət növlərinin faydaları barədə məsələlər müzakirə olunacaq. F.Muradov müzakirəyə çıxarılan məsələlərlə bağlı…
ƏTRAFLIFuad Muradov seçicilərlə görüşdü
Milli Məclisin Gənclər və idman komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə seçiciləri ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, millət vəkili təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və idman komitəsinə müraciət edən vətəndaşları ayrı-ayrılıqda qəbul edib. 25 nəfər seçicinin iştirak etdiyi görüşdə millət vəkili ona ünvanlanan sualları cavablandırıb və onları narahat edən məsələləri dinləyib. Millət vəkilinə ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər…
ƏTRAFLI2016-ci il 5 aprel tarixli iclasın stenoqramı
F.Muradov: Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, burada həmkarlarım vurğuladılar, mən də gənclər adından qələbə bayramı ilə hamınızı təbrik etmək istəyirəm. Həqiqətən də, Azərbaycan ordusu Ali Baş Komandanın tapşırığını yüksək səviyyədə həyata keçirib. Təsəvvür edin, Ziyafət müəllim, ermənilər post qururlar ki, hərbiçilər oradan qaçmasınlar. Biz isə post qururuq ki, könüllülərimizin qarşısını alaq, çünki onlar cəbhəyə getmək istəyirlər. Bu baxımdan Azərbaycan gəncləri arasında çox böyük sevgi və coşqu var. Mən inanıram ki, bu istiqamətdə Ali…
ƏTRAFLI2016-ci il 23 fevral tarixli iclasın stenoqramı
BEŞİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN III SESSİYASI İCLASI 23 fevral 2016-cı il. F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, büdcə bizdə tam əminlik yaradır ki, hökumətin proqramı da var, bu istiqamətdə siyasəti də. Sadəcə olaraq, bizim ümumi bir problemimiz var, o da onun təqdimat məsələsidir. Həyata keçirilən islahatlar göz qabağındadır, cənab Prezidentin tapşırığı ilə çox ciddi bir konsepsiya hazırlanır. Bu işlər gedir, sadəcə olaraq, ola bilsin ki, ictimaiyyətə düzgün çatdırılmır və bəzən də…
ƏTRAFLI2016-ci il 19 yanvar tarixli iclasın stenoqramı
2016-ci il 19 yanvar tarixli iclasın stenoqramı BEŞİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN NÖVBƏDƏNKƏNAR II SESSİYASI İCLASI 19 yanvar 2016-cı il. F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Bu gün biz burada çox ciddi və ölkə üçün vacib məsələlərə görə toplaşmışıq. Təbii ki, bu istiqamətdə həyata keçirilən islahatlar hər bir azərbaycanlı üçün çox vacibdir. Cənab Prezident tərəfindən həyata keçirilən bu islahatlar ilk növbədə biz insanlar üçün düşünülüb və biz də təşəkkür edirik ki, bu…
ƏTRAFLI