Ramiz Mehdiyev Fuad Muradovu Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivinə təqdim edib

Ramiz Mehdiyev Fuad Muradovu Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivinə təqdim edib

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Komitənin kollektivinə təqdim olunub.  “Report” xəbər verir ki, F.Muradovu kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib. Qeyd edək ki, aprelin 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. Xatırladaq ki, F.Muradov bu təyinatadək Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində işləyib.   

ƏTRAFLI

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyevin yeni hökümətin tərkibi ilə bağlı imzaladı sonuncu sərəncamla daha bir millət vəkili vəzifəyə gətirilib. Gənc və perspektivli millət vəkili Fuad Muradov Azərbaycan dövlətinin diaspor fəaliyyətinə cavabdeh olacaq. Belə ki, F.Muradov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

ƏTRAFLI

Fuad Muradov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin yekunlarına dair tədbirdə iştirak etdi

Fuad Muradov  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin yekunlarına dair tədbirdə iştirak etdi

Dekabrın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin yekunlarına dair tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov,  idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər. Əvvəlcə 2017-ci il ərzində Azərbaycan idmançılarının qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub….

ƏTRAFLI

Fuad Muradov istilik problemindən danışıb

Fuad Muradov istilik problemindən danışıb

Deputat Fuad Muradov istilik problemindən danışıb.  “Qafqazinfo” xəbər verir ki, o çıxışında qeyd edib ki, bu gün təmsil etdiyi Xətai rayonunda olan zavodların yataqxanalarında istilik problemi var. Həmişə bildirilir ki, “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” a borcu var. Bu iki qurum arasında problem var. Əgər bu “Azəristilik” dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilmirsə, yaxş olardı ki özəlləşdirilsin. Bu strateji məsələ deyil ki özəlləşdirilməsi mümkün olmasın”. Günel Türksoy

ƏTRAFLI