Fuad Muradov Deputatlar və Jurnalistlər arasında keçirilən futbol matçında iştirak etdi

Balaka Ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə Parlament Jurnalistləri Birliyinin üzvləri arasında ölkə prezidenti İlham Əliyevin doğum gününə həsr olunmuş futbol yarışı  keçirilib.

len rande online Yoldaşlıq oyununda parlamentin futbol komandasına rəhbərliyi Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov edirdi.

Deputatlar, idmançılar və gənclər  təşkilatlarının üzvlərindən ibarət komandanın tərkibi belə idi:

Millət vəkilləri Fuad Muradov, Mahir Abbaszadə, Kamran Nəbizadə, Siyavuş Novruzov, Elşad Həsənov , Azər Badamov, Tahir Mirkişili, Rəşad Mahmudov və Milli Məclisin sektor müdiri Adil Vəliyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, sərbəst güləşçi Toğrul Əsgərov, veteran futbolçu Səməd Qurbanov, millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlu.

Jurnalistlərin komandasına baş məşqçiliyi  Elşad Eyvazlı edirdi. Komandanın kapitanı Rəşad Baxşəliyev idi.  Komandanın üzvləri  Anar Kəlbiyev, Mirmahmud Kazımoğlu, Elşad Paşasoy, Aqil Camal, Aqil Aslan, Anar Bayramoğlu, Əli İbrahimov, Elvin Dəmirli, Məğrur Salmanov, Nurani İsgəndərov, Vasif Həsənlidən ibarət idi.

FİFA dərəcəli hakim Orxan Məmmədovun idarə etdiyi yoldaşlıq oyununda  qapılara 5 qol vuruldu. Bunlardan 3-ü mətbuat nümayəndələrinin, 2-si isə millət vəkillərinin qapısından keçdi.

Milli Məclisin deputatlarının komandasından 2 qola Gənclər və İdman komitəsinin sədri Fuad Muradov, birinə isə Milli Məclisin sektor müdiri Adil Vəliyev imza atdı.

Rəqib komadada isə hər iki qolu Azad Azərbaycan Telekanalının əməkdaşı Nurani İsgəndərov vurdu.

Qeyd edək ki, Fuad Muradov parlament jurnalistlərinin qapısına oyunun  ilk dəqiqələrində qol vursa da bu, hesaba alınmadı və hakim oyundan kənar olaraq dəyərləndirdi.

http://maitresrestaurateurspaysbasque.com/?makakaka=sms-rencontre-femme&477=04 Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov oyundan sonra bildirdi ki, Azərbaycanda idman sahəsində olan inkişaf sevindiricidir.

“Təbii ki, bu uğurların başında cənab prezident İlham Əliyev dayanır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bütün dünyaya səs salıb.  Bu tədbiri keçirməklə prezidentimizə təşəkkürümüzü bildirmək istəyirik. Ölkə başçımızın bir fikri var ki, sağlam həyat tərzi ən önəmli məsələlərdən biridir. Bu baxımdan belə bir qərar qəbul etdik.

Gənclər və İdman Nazirliyinə, AFFA-ya, “Qarabağ” klubuna və şəxsən Qurban Qurbanova, Parlament Jurnalistlər Birliyinə, Milli Məclisin deputatlarına, tanınmış idmançılarımıza təşəkkürümü bildirirəm ki, səsimizə səs verdilər.

Simvolik oyun oldu. Kimin qalib gəlməsi önəmli deyildi. Əsas odu ki, cənab Prezidenti qarşıdan gələn doğum günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edək. İnanıram ki, məhz belə təbrik, tədbir cənab Prezidentə, Azərbaycan xalqına uyğundur. Gələn il üçün də böyük planlarımız var. Regionlararası idman yarışları keçirmək istəyirik. Bununla bağlı danışıqlar davam edir”.

Oyunu izləyənlər arasında futbol üzrə milli komandamızın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti millət vəkili Ülvi Quliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti millət vəkili Adil Əliyev, Azərbaycan Teokvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov, veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev, Dmitri Kramarenko, güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov, eləcə də şou-biznes nümayəndələri, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov, Müşfiq Abbasov və başqaları var idi.

AFFA-nın baş katibi Elxan Məmmədov, Gənclər və İdman Nazirliyinin aparat rəhbəri  Rüfət Həsənov da oyunu izləyənlər arasında idi.