Fuad Muradov

Həyatı
Muradov Fuad Rauf oğlu 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olmuşdur. Evlidir.

Təhsili
1986–1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə birgə magistratura proqramını bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olmuşdur. 2010-cu ildə "Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları" mövzusunda dissertasiya işini müdafiə etmişdir, kimya elmləri üzrə fəlsəfə doktorudur. 10 elmi əsərin və monoqrafiyanın müəllifidir. İngilis, fransız və rus dillərini bilir.

İş təcrübəsi
2002–2004-cü illərdə Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri seçilmişdir.
2002–2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi, 2004–2012-ci illərdə isə sədri olmuşdur.
2005–2015-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü olmuşdur.
2005-ci ildə keçirilmiş III Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olmuşdur.
2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür.
2010-cu ildə keçirilmiş IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
2011–2018-ci illərdə "Avronest" Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri olmuşdur.
"Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupunun üzvü olmuşdur.
25 iyun 2011-ci ildən Krans Montana Forumunun "Sabah üçün yeni liderlər"in üzvüdür.
2012-ci ildə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri seçilmişdir.
2015-ci ildə keçirilmiş V Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2018-ci ilədək Milli Məclisin Gənclər və İdman komitəsinin sədri olmuşdur. Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
2015-ci ildən Münix Gənc Liderlərin üzvüdür.
2018-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir.

İctimai fəaliyyəti
1999–2001-ci illərdə "Ümidli Gələcək" Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti olub. 2000–2004-cü illərdə Azərbaycan Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, 2003-cü ildə "Təşəbbüs" Xeyriyyə İctimai Birliyinin təsisçisi olub. 2003-2cü illərdə Avropa Gənclər Forumunun maliyyə-nəzarət komissiyasının sədri olub, 2002–2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifələrində çalışıb.[4]
2004-cü ilin mayından Gənclərin Sosial İnkişafı və Səmərəli Məşğulluğun Təmin Edilməsi Koalisiyasının koordinatorudur. 2004-cü ilin martından Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir. 2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilmişdir. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.
2005-ci ildə Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olmuşdurdür. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüd olmuşdur.
2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olmuşdur.
2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür.
2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2011-ci ildən "Avronest" Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir.
"Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramı"nın layihəsini hazırlayan işçi qrupunun üzvüdür.

Fəaliyyəti
Fuad Muradov həm millət vəkili, həm də gənclər siyasəti sahəsində fəaliyyəti çərçivəsində beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi, Azərbaycan həqiqətlərinin və Dağlıq Qarabağ münaqişəsinə dair məlumatların dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edir.
2002-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Katibi vəzifəsində fəaliyyətə başlayan Fuad Muradov həmin il Milli Şuranın BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statusunu əldə etməsini Nyu-Yorkda müdafiə edir. 2002–2004-cü illərdə Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri vəzifəsinə seçilir. 2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilir.
Hər il bir neçə nüfuzlu beynəlxalq gənclər toplantıları, seminar, təlim və konfransların Bakıda keçirilməsində xüsusi rolu olan Fuad Muradov Azərbaycan gənclərinin və gənclər təşkilatlarının beynəlxalq aləmə inteqrasiyası, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və beynəlxalq aləmdə təmsilçiliyinin yüksəlməsində əvəzsiz xidmətlər göstərmişdir. Onun dəstəyi ilə bir neçə gənclər təşkilatı beynəlxalq birliklərə üzv seçilmiş, minlərlə gənc Azərbaycanı xaricdə təmsil etmişdir.
Fuad Muradov Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Malayziya, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olmuşdur.
2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür.

Elmi fəaliyyəti
10 elmi əsərin və monoqrafiyanın müəllifidir. 2010-cu ildə "Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları" mövzusunda dissertasiya işini müdafiə etmişdir, kimya elmləri üzrə fəlsəfə doktorudur.

Təltif və mükafatları
"Azərbaycan Demokratik Cümhuriyyəti - 100 il" ordeni — 14 aprel 2019-cu il.
04 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.